SON XƏBƏRLƏR

Masallı rayon Mərkəzi Kitabxanasında yazıçı-publisist Nurəddin Ədiloğlunun “Qaçaq Mozu” romanının təqdimat və imza günü keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 oktyabr tarixində Masallı Regional Mədəniyyət İdarəsinə istinadən verir.

Tədbiri giriş sözü ilə açan “Masallı ziyalıları” İctimai Birliyinin sədri Qardaş Fətullayev müəllifin yaradıcılığı və yeni romanı barədə məlumat verib.

Sonra Millət vəkili Məşhur Məmmədovun köməkçisi Əli Nağıyev, jurnalistlər Akif Ağayev, Cəfər Cəfərov, Sığıncaq kənd məktəbinin direktoru Əhliman Əliyev, oxucular Nizam Məmmədov, Ziyafət Məmmədov, Kamal Qasımov və başqaları çıxış edərək Nurəddin Ədiloğlu yaradıcılığının məziyyətləri, özünəməxsus üslub xüsusiyyələri, eləcə də müəllifin 31-ci kitabı haqqında fikirlərini bölüşüblər.

Yekunda görüş iştirakçılarına minnətdarlıq bildirən yazıçı onlara imzalanmış kitablarını hədiyyə edib.