Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Onlar vətən uğrunda vuruşmuşlar” layihəsi çərçivəsində tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 yanvar tarixində verir.
Tədbirdə təşkilatçı müəssisələrin əməkdaşları, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Masallı rayon filialının (QMƏVŞAİB) sədri Nahid Rəhimov, yanvar ayında anım günləri olan şəhidlərin ailə üzvləri iştirak ediblər.
Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra muzeyin direktoru Əntiqə Tağıyeva layihənin məqsədi və yanvar ayında anım günü olan rayonun 33 şəhidi haqqında məlumat verib.
Tədbirdə çıxış edən QMƏVŞAİB sədri Nahid Rəhimov Birinci Qarabağ və Vətən müharibələri şəhidlərinin xatirəsinin hər zaman yad olunması, həmçinin onların həyat və döyüş yollarının öyrənilib təbliğ edilməsinin vacibliyindən danışıb.
Daha sonra şəhid atası Bahəddin Ağayev, şəhid qardaşı Hacıbala Məlikov, Əflan Məlikov, Muxtar Abbasov, Ələsgər Ələsgərov, Əfqan Bədəlov, Sahil Səfərov, Şahin Qənbərov, Salman Əliyev çıxış edərək əzizləri ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.
Qeyd edək ki, tədbir Masallı Tarix-Diyarşünaslıq Muzeyinin və Masallı Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə baş tutub.