SON XƏBƏRLƏR

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının Masallı Dövlət Regional Kollecində ərazi partiya təşkilatı YAP-nin təsis edilməsinin 30 illiyi münasibətilə “Ömrünü xalqına bəxş edən lider” devizi altında şeir müsabiqəsi keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 noyabr tarixində verir.

YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək YAP-nin təsis edilməsinin 30 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik etdi. Daha sonra qurucusu və memarı ümummilli lider Heydər Əliyev olan YAP-nin 30 illik fəaliyyəti dövründə regionda böyük nüfuz qazanan Azərbaycanın siyasi, iqtisadi sahədə uğurlarından, dövlətin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən qələbədə misilsiz xidmətlərindən danışdı. Tədbirdə çıxış edən Masallı Tarix Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva vətənpərvərlik mövzusunda təşkil olunan tədbirlərin vacibliyini vurğulayaraq,tələbələri belə tədbirlərdə daha fəal olmağa çağırdı. Daha sonra münsiflər heyətinin qərarı ilə müsabiqədə iştirak edən tələbələr arasında qaliblər müəyyən olundu. Yekun nəticələrə görə qaliblərə fəxri fərmanlar və təşəkkürnamələr təqdim olundu.

Tədbirdə tələbələrin əl işlərindən ibarət sərgiyə də baxış keçirildi.