SON XƏBƏRLƏR

Masallıda gənclər üçün idman tədbiri keçirilib. Bu haqda bu gün, 4 mart tarixində Cenublu.az Masallı Rayon Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.

Masallı şəhər Heydər Əliyev adına parkda 5 mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar olaraq “İdman həftəsi” çərçivəsində Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə karate idman növü üzrə nümunəvi idman tədbiri həyata keçirilib.Tədbirdə müxtəlif nümunəvi çıxışlar təqdim edilib. Parkda yaradılmış idman qurğularında müxtəlif idman hərəkətləri yerinə yetirilib.