SON XƏBƏRLƏR

Masallıda polis əməkdaşları məktəblilər üçün maarifləndirici görüş keçiriblər. Bu haqda bu gün, 13 dekabr tarixində Cenublu.az DİN-ə istinadən xəbər verir.

Masallı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Təzə Alvadı kənd tam orta məktəbində “Narkomaniyaya və erkən nikaha yox deyək!” devizi ilə maarifləndirici tədbir baş tutub.

Çıxış edən Masallı RPŞ-nin şəxsi heyətlə iş üzrə rəis köməkçisi, polis kapitanı İxtiyar Talıbov narkomaniya əleyhinə keçirilən tədbirlər, narkomaniyanın fəsadları, ondan qorunmağın yolları barədə məlumat verib. Narkotikin insana mənəvi, fiziki və maddi zərərlərindən, eləcə də narkotik və psixotrop maddələrin yaratdığı problemlərdən söhbət açıb, yeniyetmə və gəncləri diqqətli olmağa və asılılıq yaradan, insanı məhvə sürükləyən kənar, zərərli təsirlərdən uzaq olmağa çağırıb. Mövzular ətrafında edilən çıxışlarda bu cür maarifləndirici tədbirlərin əhəmiyyəti qeyd olunub, məktəblilərə layiqli vətəndaş olmaları, daim xalqın inkişafı üçün yüksək amallar naminə fəaliyyət göstərmələri, zərərli vərdişlərdən uzaq olmaları tövsiyə olunub.

Sonda məktəblilərlə müzakirə edilən mövzulara dair fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.