SON XƏBƏRLƏR

Masallı Dövlət Regional Kollecinin və Masallı Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə “Narkomaniya və insan alverinin fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 23 noyabr tarixində verir.

Tədbirdə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı Rayon Şöbəsi və Masallı Rayon Polis Şöbəsinin Yetkinlik Yaşına çatmayanların işləri üzrə  nümayəndələri, kollecin tələbələri və gənclər iştirak ediblər.

İlk öncə tədbirin keçirilmə məqsədi və mahiyyətindən danışılıb. Sonra yeniyetmə və gənclərlə zərərli informasiyalar, insan alveri, məcburi əmək, narkotik vasitələr, psixotrop maddələr, onların prekursorlarının qanunsuz dövriyyəsi və bu kimi pis vərdişlərin cəmiyyətimizdə yaratdığı mənfi təsirlər geniş müzakirə olunub. Natiqlər sonu faciə ilə nəticələnən bəlalardan yeniyetmə və gənclərimizi yayındırmaq, qorumaq məqsədilə  pis vərdişlərə qarşı cəmiyyətdə ictimai dözümlülük mühitinin yaradılması vacibliyini xüsusi qeyd ediblər.

Təbdirin sonunda mövzu ilə bağlı videoçarx nümayiş olunub, gəncləri narahat edən məsələlərlə bağlı verdikləri suallar müvafiq şəkildə təşkilatçılar tərəfindən cavablandırılıb.