SON XƏBƏRLƏR

Masallı rayon Heydər Əliyev Mərkəzində “Şuşa İli”nə və 8 Noyabr – Zəfər Gününə həsr edilən “Şuşa – Qafqazın sənət məbədi” layihəsi çərçivəsində “Nə? Harada? Nə zaman?” oyunu üzrə intellektual bilik yarışı keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 3 noyabr tarixində Azərtac-a istinadən verir.

Masallı rayon Heydər Əliyev Mərkəzinin və Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə keçirilən yarışda kollecin tələbələrindən ibarət 6 komanda iştirak edib.

Nəticələrə əsasən “Zirvə” komandası qalib olub. Yekunda bütün komandalara yarışda fəal iştiraklarına görə “Təşəkkürnamə”lər təqdim edilib. Qalib komanda isə Fəxri Fərmanla təltif olunub.