Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev kuboku” üzrə Masallı rayon tam orta məktəbləri arasında “Nə? Harada? Nə Zaman?” intellektual bilik yarışmasının rayon birinciliyinə start verilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 aprel tarixində Masallı Gənclər Evinə istinadən verir.
Tədbirin açılış mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov çıxış edərək 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsinin əhəmiyyətindən danışaraq, keçirilən bilik yarışının gənclərin Heydər Əliyev irsini daha yaxşı mənimsəməsində kömək olacağını bildirərək, bütün komandlara uğurlar arzulayıb.
Daha sonra yarışın şərtləri haqqında məlumat verilib.
Qeyd edək ki, 64 tam orta məktəbi əhatə edəcək yarışda 8 qrup üzrə oyunlar təşkil ediləcək. Qruplar üzrə I yeri tutan məktəb komandaları “Nə? Harada? Nə Zaman?” bilik yarışının finalına, II yeri tutmuş məktəb komandaları “Breyn rinq” bilik yarışının finalına və III yeri tutmuş məktəb komandaları isə “Xəmsə” Milli İntellektual oyununun final mərhələsinə vəsiqə qazanacaqlar.