SON XƏBƏRLƏR

Masallıda Mikayıl Müşfiqin anım gününə həsr olunmuş tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 yanvar tarixində verir.

Tədbirdə GİKM-in Masallı nümayəndəliyinin direktoru Aynur Tağıyeva, Masallı Mərkəzi Kitabxana Sisteminin 32 saylı filial kitabxanasının müdiri Sevanə Mənsimova Mikayıl Müşfiqin həyatı haqqında çıxışlar ediblər.

Tədbirdə gənclər “1109 N-li məhbus” filmini izləyib, kitabxanada sərgilənən kitablarla tanış olublar.

Qeyd edək ki, tədbir Masallı Mərkəzi Kitabxana Sisteminin 32 saylı filial kitabxanası və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutub.