SON XƏBƏRLƏR

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Masallıda meşə əkini həyata keçirilir. Bu haqda bu gün, 3 yanvar tarixində Cenublu.az nazirliyə istinadən xəbər verir.

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib ki, hazırda Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları ölkə ərazisində əlverişli hava şəraitindən istifadə edərək bayram günlərində meşəbərpa tədbirləri aparırlar.

O qeyd edib ki, hazırda rayonlarda ümumilikdə 15 hektar sahədə tut, akasiya, ağcaqayın, göyrüş ağacları əkilir, palıd toxumu səpilir.

Həmçinin bildirilib ki, Lənkəran, Şəmkir, Sabirabad, Ağcabədi, Göygöl, Quba, Qəbələ və digər rayonların meşə sahələrində də meşəbərpa tədbirlərinin aparılması məqsədilə torpaq hazırlıq işləri yerinə yetirilir.

Qeyd edək ki, bərpa işləri Siyəzən, Şamaxı, Şəki və Bərdə rayonlarında da həyata keçirilir.

Lənkəranda qəza
Yollarda vəziyyət

Lənkəranda qırmızı işıqda keçən sürücü qəza törədib

Lənkəran şəhərində qaydaları pozan sürücü qəzaya səbəb olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 fevral tarixində Avstosfer.az-a istinadən verir. Belə ki, “VAZ-2107” markalı avtomobilin sürücüsü qırmızı işıqda yolayrıcına daxil

Polis maşını
Yollarda vəziyyət

DYP avtomobili xəndəyə düşüb

Lənkəranda polis avtomobili xəndəyə düşüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 fevral tarixində sosial şəbəkələrə istinadən verir. Hadisə Zərifə