SON XƏBƏRLƏR

İntiqam Əsgərli adına Masallı şəhəri 3 nömrəli tam orta məktəbində “Əsgərə məktub” layihəsi çərçivəsində tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 noyabr tarixində verir.

Belə ki, tədbir zamanı əsgər ataları, müəllimlər, valideynlər və şagirdlər əsgərlərimizə məktublar yazaraq, xalqımıza qələbə sevincini yaşatdıqlarına görə sonsuz minnətdarlıqlarını bildiriblər. Bu məktublar işğaldan azad edilən torpaqlarda xidmət edən əsgərlərə çatdırılacaq.

Tədbirin keçirilməsində məqsəd şagirdlərə aşılanan vətənpərvərlik tərbiyəsini daha da təkmilləşdirməkdir.

Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi, Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Masallı rayonu üzrə təhsil sektorunun dəstəyi ilə həyata keçirilib.