SON XƏBƏRLƏR

Masallı rayon Mololon kənd məktəbinə kəndin yeganə şəhidi Teymur Vəliağa oğlu Rəsulovun adının verilməsi üçün ailəsindən pul tələb edildiyi iddia olunur. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 dekabr tarixində Aztoday.az-a istinadən verir.

Məsələ ilə bağlı şəhid qardaşı Rəhmi Rəsulov bunları söyləyib: “Qardaşım Teymur Rəsulov kəndimizin yeganə şəhididir. O, 1994-cü ildə Füzulidə – Horadiz əməliyyatında gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Qardaşımı torpağa tapşıranda keçmiş icra başcısı bizə söylədi ki, kəndimizin məktəbinə Teymur Rəsulovun adı veriləcək. Bir müddətdən sonra gəlib atamdan pul istədilər ki, kənd məktəbi şəhid Teymur Rəsulovun adına veriləcək. Atamın pulu olmadığı üçün məktəbi şəhidin adına vermədilər. Amma ətraf kəndlərimizin hamısının orta məktəbləri şəhidlərimizin adını daşıyır. O zamanlar şəhidlərimiz nə orden, nə də medallarla təltif edilirdilər. İndi isə şəhid qardaşımdan medal istəyirlər ki, məktəbi onun adına versinlər”.

Qeyd edək ki, Teymur Rəsulov 1992-ci ildə könüllü olaraq Qarabağa yollanıb. Ağdam, Ağdərə, Cəbrayıl, Horadiz, Füzuli rayonları istiqamətində vuruşub. 10 yanvar 1994-cü ildə şəhidlik zirvəsinə ucalıb.

Polis maşını
Yollarda vəziyyət

DYP avtomobili xəndəyə düşüb

Lənkəranda polis avtomobili xəndəyə düşüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 fevral tarixində sosial şəbəkələrə istinadən verir. Hadisə Zərifə