SON XƏBƏRLƏR

Çaxırlı kənd tam orta məktəbinin həyətində əsaslı təmir işləri görülür. Bu haqda bu gün, 8 may tarixində Cenublu.az Masallı rayon Çaxırlı kənd tam orta məktəbinə istinadən xəbər verir.

Məktəbin binasında, həyətində aparılan təmir-bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir. Hazırda təhsil ocağının həyəti işıq və su təchizatı ilə təmin olunub, darvaza rənglənib.

Qeyd edək ki, hazırda görülən təmir işləri Çaxırlı kənd tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini işləmiş Fərəc müəllimin oğlu Pünhan Rufullayevin maddi dəstəyi ilə həyata keçirilir.