SON XƏBƏRLƏR

Masallı rayon Mərkəzi Kitabxanasında 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 12 noyabr tarixində verir.

Tədbirdə çıxışlar zamanı bildirilib ki, 1995-ci ilin noyabrın 12-də ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edilib. Həmçinin Konstitusiyanın dövlət idarəçilik sisteminin formalaşması, qanunvericiliyin  təkmilləşdirilməsi, siyasi fəaliyyətin sivil və demokratik məcrada davam etdirilməsində əsas istinad mənbəyi olduğu vurğulanıb.

Sonra Konstitusiyanın məzmunu və mahiyyəti haqqında tədbir iştirakçılarına geniş məlumat verilib.