SON XƏBƏRLƏR

Masallıda itkin düşən 17 yaşlı qız tapılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 noyabr tarixində Apa.az-a istinadən verir.

Belə ki, oktyabrın 25-də işlədiyi gözəllik salonundan çıxaraq itkin düşən Yeganə Hacıyeva axtarışlar nəticəsində Bakı şəhərində tapılıb.

Yeniyetmə qız ailəsinə təhvil verilib.