SON XƏBƏRLƏR

Masallı rayon Mərkəzi Kitabxanasında şəhid gizir İntiqam Abbasovun doğum gününə həsr olunmuş “İntiqamın intiqamı…” adlı tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 sentyabr tarixində Masallı rayon İcra Hakimiyyətinə istinadən verir.

Tədbirdə ilk çıxış edən kitabxana əməkdaşı Şəmsurə Nəsirova bildirib ki, Vətənimizin müstəqilliyi, torpaqlarımızın azadlığı uğrunda ölümü gözə alan gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olaraq xalqımızın birliyini bütün dünyaya numayiş etdiriblər. O qeyd edib ki, şəhid qanı axmayan torpaqdan Vətən olmaz. Bizim xalqımız Vətəninə, torpağına bağlı qəhrəmanlar yetişdirən xalqdır. Düşmən qarşısında inamla dayanıb, Vətənimizi, torpaqlarımızı qoruyarkən şəhid olan igid oğullarımızın birinin də İntiqam Abbasov olduğunu diqqətə çatdırıb.

Sonra məruzə edən Gülər Kərimova çıxışında bildirib ki, Vətən müharibəsində Füzuli rayonuna daxil olan ilk hərbçilərimizdən biri İntiqam olub. O, Füzuli istiqamətində gedən döyüşlərdə 7 kəndin və strateji əhəmiyyətli yüksəkliklərin alınmasında xüsusi rol oynamış, 29 sentyabrda yaralı əsgərlərin döyüş meydanından çıxarılmasına yardım edərkən şəhidlik zirvəsinə ucalmışdır.

Şəhid İntiqam Abbasovun timsalında ərazi bütövlüyü uğrunda öz canını fəda edən, şəhidlik mərtəbəsinə ucalıb əbədi rəhmət qazanan qəhrəman oğullarımızın xatirəsi qədirbilən xalqımız tərəfindən heç zaman unudulmayacaq.

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər