Masallıda intihar edən 18 yaşlı qızla bağlı bəzi təfərrüatlar üzə çıxıb. Bu haqda bu gün, 8 dekabr tarixində Cenublu.az Qafqazinfo-ya istinadən xəbər verir.
5 dekabr tarixində Rüqayə Hüseynova Masallı şəhər Heydər Əliyev prospektində yerləşən binadan özünü ataraq intihar edib.
İlkin araşdırmalar zamanı Masallının kəndlərindən birinin sakini olan Rüqayə Hüseynovanın intihar edərkən 5 aylıq hamilə olması məlum olub. Onun qeyri-rəsmi münasibətdə olduğu şəxsdən hamilə qaldığı bildirilib.
Faktla bağlı Masallı Rayon Prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.