SON XƏBƏRLƏR

Masallıda “Nə? Harada? Nə Zaman?” intellektual yarışında D qrupunun oyunları baş tutub. Bu haqda bu gün, 26 aprel tarixində Cenublu.az Masallı Rayon Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.

İlk olaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bu gün keçirilən D qrupu üzrə yarışda 8 məktəb komandası mübarizə aparıb. Beləliklə, birinci yerə Ərkivan qəsəbə Z.Nəcəfov adına 2 saylı tam orta məktəbin “Mübariz” komandası, ikinci yerə Qəriblər kənd tam orta məktəbinin “Qəriblər” komandası, üçüncü yerə isə Musaküçə kənd F. Xancanov adına tam orta məktəbin “Musaküçə” komandası layiq görülərək növbəti mərhələlərə vəsiqə qazanıb.

Qeyd edək ki, 64 tam orta məktəbi əhatə edəcək yarışda 8 qrup uzrə oyunlar təşkil ediləcək. Qruplar üzrə I yeri tutan məktəb komandaları “Nə? Harada? Nə Zaman?” bilik yarışının finalına, II yeri tutmuş məktəb komandaları “Breyn-rinq” bilik yarışının finalına və III yeri tutmuş məktəb komandaları “Xəmsə” Milli İntellektual oyununun final mərhələsinə vəsiqə qazanacaq.