SON XƏBƏRLƏR

“Masallı Gənclər Evi” SXM-nin və Ombudsmanın Cənub Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Gənclərin hüquqi maarifləndirilməsi, insan hüquqları haqqında biliklərin artırılması” mövzusunda maarifləndirici seminar keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 noyabr tarixində verir.
Tədbirdə çıxış edənlər insan hüquqlarının qorunmasının müasir dövrdə ən aktual məsələlərdən biri olduğunu, hazırda və gələcəkdə gənclərin qarşılaşa biləcəyi müxtəlif məqamlarda bilməli olduqları ən vacib hüquqi bilgiləri diqqətə çatdırıblar. Ləyaqət, ədalət, bərabərlik və hörmət kimi ortaq dəyərlərə əsaslanan insan hüquqlarının qanunlarla müəyyən edildiyini və qorunduğunu bildiriblər.
Daha sonra uşaq hüquqlarının vəziyyəti barədə məlumat verilərək, uşaq hüquqları üzrə beynəlxalq və milli qanunvericiliyin tələblərinin yerinə yetirilməsi və qarşıda duran vəzifələrin həlli istiqamətində dövlətin gərəkli addımlar atmasından, geniş islahatlar aparılmasından danışılıb, cəmiyyətimizdə hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişafına dövlət səviyyəsində diqqət göstərilməsindən, xüsusilə gənclərimizin hüquqi maariflənməsinin əhəmiyyətindən bəhs olunub.
Diskussiya şəklində davam edən seminar gənclər tərəfindən böyük maraqla qarşılanıb, gəncləri düşündürən suallar cavablandırılıb.