SON XƏBƏRLƏR

Masallı rayon Mərkəzi Kitabxanasında “İnsan alverinə qarşı mübarizədə maarifləndirmə tədbirlərinin artırılması” mövzusunda tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 26 oktyabr tarixində verir.

Tədbirdə ilk çıxış edən kitabxananın direktor əvəzi Zamin Məmmədov bildirib ki, mədəniyyət ocağında müntəzəm olaraq oxucuların aktual  məsələlər üzrə maariflənməsini nəzərdə tutan mühüm tədbirlər həyata keçirilir. O, diqqətə çatdırıb ki, kitabxana insan hüquqları, hüquqi maarifçilik və digər mövzularda QHT-lərin iştirakı ilə bir çox tədbirlərə ev sahibliyi edib.

Sonra Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyinin sədri, layihə rəhbəri İlham Əliyev və hüquq üzrə ekspert Elçin Bayramlı uşaqların məcburi dilənçilikdən yayındırılması, insan orqanlarının satılması, qadınların istismar olunması mövzularında insanların bilgiləndirilməsinin sağlam cəmiyyətin mövcudluğu baxımından zəruri olduğunu vurğulayıblar. Çıxışlar zamanı cəmiyyətin hər bir üzvünə insan alverinə qarşı mübarizədə fəal olmağa, müdafiəyə ehtiyacı olanlara kömək etməyə çağırış edilib.

Tədbirin sonunda iştirakçıların mövzu ilə əlaqədar sualları cavablandırılıb.

 

Qeyd edək ki, tədbir Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyi və Mərkəzi Kitabxananın birgə təşkilatçılığı ilə baş tutub.