Masallıda İltifat Məmmədovun xatirəsinə və 80 illik yubileyinə həsr olunan filmin və kitabın təqdimat mərasimi keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 may tarixində verir.
“Ləyaqət işığında” filminin və Nürəddin Ədiloğlunun müəllifi olduğu “Ölməzlik haqqı” kitabının təqdimat mərasimi 17 may saat 11:00-da Masallı Gənclər Evində baş tutacaq.
Qeyd edək ki, İltifat Məmmədov 1943-cü ildə Masallı rayonunun Qızılağac kəndində anadan olub. O, Masallı Rayon İcraiyyə Komitəsinin sədri, rayon partiya komitəsinin şöbə müdiri, 2-ci katibi, daha sonra isə 1-ci katibi vəzifələrində işləyib, həmçinin Azərbaycan Ali Sovetinin deputatı olub.