SON XƏBƏRLƏR

Masallı şəhərində ikimərtəbəli ev yanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 23 noyabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən verir.

Ümumi sahəsi 400 m² (hər mərtəbəsi 200 m²) olan ikimərtəbəli evin yanar konstruksiyaları 69 m² sahədə və dam örtüyü 150 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.