Masallının Bala Təklə və Yolağac kəndindən olan şəhidlərin ailələrinə yeni evlər inşa edilir. Bu haqda məlumatı Cenublu.az bu gün, 23 yanvar tarixində Masallı RİH-yə istinadən verir.
Belə ki, rayon rəhbərliyinin təşəbbüsü ilə rayonun Bala Təklə kəndində Qarabağ müharibəsi şəhidi Ağayev Yavər Balaxan oğlunun, Masallı şəhərində rayonun Yolağac kəndindən olan 44 günlük Vətən müharibəsi şəhidi Əzizov Raqib Vidadi oğlunun ailələri üçün fərdi yaşayış evlərinin inşasına başlanılıb.
Şəhidlərin ailələri onlara göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və zəhməti olan hər kəsə dərin minnətdarlıqlarını bildiriblər.