SON XƏBƏRLƏR

Araz Əhmədov Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların növbəti qəbulunu keçirib. Bu haqda bu gün, 12 may tarixində Cenublu.az Masallı RİH-yə istinadən xəbər verir.

Qəbulda rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanları rəhbərləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, icra hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.

Növbəti qəbulda müxtəlif ərazilərdən ümumilikdə 20 nəfərə yaxın vətəndaş müraciət edib.

Vətəndaşların bütün müraciət və təklifləri diqqətlə dinlənilib, qeydiyyatı aparılıb.

Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verib.

Müstəqillik günü
Tarixi faktlar və şəxslər

Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd edilir

Bu gün Azərbaycanda Müstəqillik Gününün qeyd edilməsi 28 may 1918-ci ildə yaranan müsəlman şərqində ilk parlament respublikasının – Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması ilə bağlıdır. 27 may 1918-ci ildə Müsəlman