Masallıda heyvanların yoluxucu xəstəliklərdən qorunması ilə bağlı rayon ərazisində işlər davam etdirilir. Bu haqda bu gün, 18 mart tarixində Cenublu.az Masallı RİH-yə istinadən xəbər verir.
Rayon ərazisində 73.453 baş iribuynuzlu və 93.700 baş xırdabuynuzlu mal-qara mövcuddur. Epizootik tədbirlər planına əsasən, rayon ərazisində dabaq xəstəliyinə qarşı 26.200 baş iribuynuzlu, 1585 baş xırdabuynuzlu heyvanlarda peyvəndləmə işləri aparılıb. Hal-hazırda rayon ərazisində peyvəndləmə işləri görülür.
Masallı rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin əməkdaşları və yerli icra hakimiyyəti nümayəndələri tərəfindən mütəmadi olaraq əhali arasında dabaq xəstəliyi və digər yoluxucu xəstəliklərlə bağlı maarifləndirmə tədbirləri həyata keçirilir, rayon ərazisində müxtəlif heyvanlarda tək-tək xəstələnmə, yaxud tələf olma halları aşkar edilərsə, vəşəndaşlara aidiyyəti qurumlara məlumat verilmələri tövsiyə edilir.