Qida Təhlükəsizliyi Agentliyi Masallıda heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması məqsədilə yoxlamalar keçirib. Bu haqda bu gün, 15 may tarixində Cenublu.az AQTA-ya istinadən xəbər verir.
Agentlik tərəfindən baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barəsində inzibati protokol tərtib edilmiş məntəqə aşağıdakıdır:
- Nəzərov Amil Mehman oğlu, Ərkivan qəsəbəsi.
Aşkarlanmış uyğunsuzluqla əlaqədar heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı müvafiq tədbir görülüb.