Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbirlər təşkil olunub. Bu haqda bu gün, 12 dekabr tarixində Cenublu.az Masallı Xəbərləri-nə istinadən xəbər verir.
Tədbirdə Masallı rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov, YAP Masallı RT sədri Seyfəddin Əliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, idarə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Onlar ulu öndərin büstünü ziyarət edib və qarşısına gül dəstələri qoyublar.