SON XƏBƏRLƏR

Masallıda “Nə? Harada? Nə zaman?” intellektual yarışının qalibləri müəyyənləşib. Bu haqda məlumatı Cenublu.az bu gün, 25 may tarixində Masallı rayon Gənclər və İdman İdarəsinə istinadən verir.

Yarışların final mərhələsində “Dəfinə” məktəb liseyinin, Ərkivan qəsəbə 2 saylı tam orta məktəbinin, Göyəçöl, Sığıncaq, Tüklə, Xırmandalı, Yeyənkənd və Bədəlan kənd tam orta məktəblərinin X-XI sinif şagirdləri  “Heydər Əliyev kuboku” uğrunda mübarizə aparıblar.

Yarışların yekun nəticələrinə əsasən:

  • I yerə Bədəlan kənd tam orta məktəbinin komandası;
  • II yerə Göyəçöl kənd tam orta məktəbinin komandası;
  • III yerə Sığıncaq kənd tam orta məktəbinin komandası;
  • Fərqləndiyinə görə Ərkivan qəsəbə 2 saylı kənd tam orta məktəbinin komandası layiq görülüblər.

İntellektual bilik yarışının qalibləri təşkilat komitəsi tərəfindən diplom, kubok və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Bədəlan məktəbliləri “Heydər Əliyev kuboku”na sahib olublar.

Qeyd edək ki, yarışma Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının, Masallı Rayon Gənclər və İdman İdarəsinin, “Masallı Gənclər Evi” Sosial Xidmət Müəssisəsinın, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə baş tutub.