SON XƏBƏRLƏR

Masallıda “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda növbəti tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 aprel tarixində verir.

Tədbirdə Ramiz Cəfərov adına 6 saylı Masallı şəhər tam orta məktəbinin Vll, Vlll, lX və X sinif şagirdləri iştirak ediblər.

Çıxış edənlər bildiriblər ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz mənalı və zəngin ömrünü bütövlükdə millətinə, xalqına, vətəninə və dövlətinə həsr edib.

“Heydər Əliyevə olan tükənməz millət sevgisinin nəticəsidir ki, müstəsna xidmətləri ilə Azərbaycanın taleyində misilsiz rolu olan, müasir dövlətimizin memarı, ölkəmizi sürətli inkişaf yoluna çıxarmaqla dünya birliyinə qovuşdurmuş dünya şöhrətli siyasətçi – Heydər Əliyevin doğum günü hər il respublikamızda, eləcə də onun hüdudlarından çox-çox uzaqlarda böyük təntənə ilə qeyd olunur, əbədiyaşar liderimizin parlaq xatirəsi dərin ehtiramla yad edilir”, – deyə tədbir iştirakçıları bildiriblər.

Sonda tədbirdə iştirak edən məktəb şagirdləri kitabxana fondunun tərkibi və sərgilərlə tanış olublar.

Qeyd edək ki, tədbir Masallı rayon Mərkəzi Kitabxanasında Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Mərkəzi Kitabxananın və Masallı Təhsil Sektorunun birgə təşkilatçılığı ilə baş tutub.