SON XƏBƏRLƏR

Masallı rayonunun Çaxırlı kəndindəki yaşayış evlərinin birindən 1150 manat dəyərində məişət əşyaları oğurlanıb. Bu haqda məlumat DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Cenublu.az-a bu gün, 23 yanvar tarixində verilib.

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində faktı törətməkdə şübhəli bilinən Çaxırlı kənd sakinləri Qəfər Əhmədi, Elton Seyfulla və Mehrab Abdullayev müəyyən edilərək saxlanılıblar. Araşdırmalarla onların həmin kənddə yerləşən daha bir neçə yaşayış evindən oğurluq etdikləri məlum olub.

Belə ki, Q.Əhmədi, E.Seyfulla və M.Abdullayev, əsasən, yaşayış olmayan evləri seçərək 2 gecə ərzində ümumilikdə 8 evdən məişət əşyaları oğurlayıb müxtəlif ünvanlarda satıblar. Onların hər üçü barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktlarla bağlı araşdırma aparılır.