SON XƏBƏRLƏR

Masallıda kişi hamilə həyat yoldaşına və onun birinci nikahdan olan qızına qarşı fiziki zorakılıq törədib. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 noyabr tarixində Oxu.az-a istinadən verir.

“Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadənin məlumatına görə, kişi 5 aylıq hamilə həyat yoldaşını və onun birinci nikahdan olan 13 yaşlı qızını dəfələrlə döyüb.

Qadın övladı ilə birlikdə Masallıdan Bakıya gələrək sığınacağa müraciət edib. Onlar həkim müayinəsindən keçirilib. 17 həftəlik hamilə olmağına baxmayaraq, qadın bu günə qədər ilk dəfə müayinədən keçib. 13 yaşlı qızın müayinəsi zamanı isə həkimlər onun onkoloji xəstəlikdən əziyyət çəkməsindən şübhələnib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev bildirib ki, noyabrın 6-da sözügedən məsələ ilə bağlı Masallı Rayon Polis Şöbəsinə müraciət daxil olub:

“Hazırda araşdırma aparılır və müvafiq ekspertizalar təyin edilib. Ekspertizanın rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”.

Oxu.az
Oxu.az
Astara boksçuları Bakıda qələbə qazanıblar
Sport

Astara boksçuları Bakıya səs salıblar

Astaralı boksçular yeniyetmələr arasında Azərbaycan birinciliyində yüksək nəticələr qazanıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 noyabr tarxində Astara rayon