SON XƏBƏRLƏR

Masallı Tarix-Diyarşünaslıq Muzeyində 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar olaraq, “Gənclərin inkişafında Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 yanvar tarixində verir.

Tədbirdə Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələri iştirak ediblər.

İlk növbədə ümummili lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva ümummilli lider Heydər Əliyevin “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” ifadəsini əsas tutaraq Heydər Əliyev tərəfindən təməli qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən geniş danışıb. O qeyd edib ki, gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacının həlli istiqamətində görülən işlərin təməli məhz Heydər Əliyevin zamanından onun dahi şəxsiyyət olaraq uzaqgörənliyinin nəticəsində böyük inkişafa istiqamətləndirilib.

Tədbir iştirakçıları Heydər Əliyevin ömür yoluna həsr olunmuş “Səlnamə” sənədli filminə baxdıqdan sonra muzeyə ekskursiya ediblər.