Masallıda “İnsan Alverinin Qurbanı Olma” adlı təlim təşkil olunub. Bu haqda bu gün, 1 sentyabr tarixində Cenublu.az Masallı RİH-yə istinadən xəbər verir.
Tədbir “Masallı Gənclər Evi” SXM-in və Masallı rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə keçirilib. Görüşdə “Masallı Gənclər Evi” SXM-in direktoru Fuad Mənsimov, Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Masallı rayon Polis Şöbəsinin inspektoru Kapitan Samit Əliyev, Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, Masallı Rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru Əntiqə Tağıyeva və bir qrup gənc iştirak ediblər.
Təlimə başlamazdan öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbirin təşkilatçıları şagird və tələbələrə insan alveri anlayışı, insan alveri qurbanları, insan alverlərinin ağır nəticələri və digər məsələlər haqda məlumatlar veriblər. Tədbirin sonunda təşkilatçılar gənclərin suallarını cavablandırıblar.