SON XƏBƏRLƏR

“Masallı Gənclər Evi” SXM-in təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü ilə əlaqədar Vətən müharibəsi iştirakçıları və qazilərlə görüş keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 noyabr tarixində verir.

Tədbirdə çıxış edənlər Zəfər Günü münasibətilə iştirakçıları təbrik edib, xalqımızın bir yumruq kimi Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin ətrafında sıx birləşməsindən, ölkə Prezidentinin müharibə dönəmində qələbənin qazanılmasında göstərdiyi inanılmaz qətiyyətindən, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman övladlarımızın 44 günlük müharibədə göstərdikləri qəhrəmanlıqlardan söz açıb, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyiblər.

Daha sonra I və II Qarabağ Müharibəsi iştirakçısı, ehtiyatda olan zabit-kapitan Cəmaləddin Məmmədov, qazi Fikrət Yaqubzadə və qazi Qüdrət Əzizov tədbir iştirakçılarını salamlayaraq hər il 8 Noyabr tarixinin Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsindən, hərbçilərimizin cəsarətindən, qəhrəmanlığından və keçdikləri şərəfli döyüş yolundan söhbət açıblar.

Sonda tədbirdə iştirak edən Vətən müharibəsi iştirakçılarına və qazilərə “Masallı Gənclər Evi” SXM tərəfindən fəxri fərmanlar təqdim edilib və xatirə şəkli çəkilib.