SON XƏBƏRLƏR

Masallı Gənclər Evinin təşkilatçılğı ilə növbəti maarifləndirici tədbir keçirilib. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az Masallı Gənclər Evinə istinadən xəbər verir.

“Yetkinlik yaşına çatmayanlara qarşı zorakılıq və məişət zorakılığı hallarının qarşısının alınması” mövzusunda keçirilən görüşdə cəmiyyəti ən çox narahat edən problemlərdən danışılıb. İştirakçılara zorakılığa məruz qalmış uşaqlara yardım, şiddətin heç bir növünün düzgün tərbiyə metodu olmadığı, əksinə, cəmiyyətə qarşı nifrətin başlanğıcı olması, məişət zorakılığı və ya ailədə zorakılıq hallarının yalnız bir ailənin deyil, cəmiyyətin təhlükəsizliyinin əsasları üçün təhdid olmasından geniş məlumat verilib.

Seminarın keçirilməsində əsas məqsəd ölkəmizdə məişət zorakılığına qarşı mübarizə istiqamətində cəmiyyəti maarifləndirməkdir.