SON XƏBƏRLƏR

Masallıda “Zəngin adət və ənənələrimiz” mövzusunda tədbir keçirilib. Bu haqda bu gün, 25 yanvar tarixində Cenublu.az Masallı Regional Mədəniyyət idarəsinə istinadən xəbər verir.

Masallı Tarix-Diyarşünaslıq Muzeyində keçirilən tədbir “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası ilə əlaqədar baş tutub. Tədbirdə Ə.İsmayılov adına Yeyənkənd, Səməd Vurğun adına Türkoba kənd tam orta məktəblərinin müəllim və şagird kollektivləri iştirak edib.

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra muzeyin əməkdaşı Heyran Lələyeva ölkəmizdə əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi, etnik azlıqların mədəni irsinin qorunub saxlanılması, inkişaf etdirilməsi, bölgəmizin folklor, xalq tətbiqi sənəti nümunələrindən geniş söhbət açıb.

Yekunda tədbir iştirakçıları muzeyə ekskursiya edərək regionun zəngin adət və ənənələri ilə yaxından tanış olublar.