SON XƏBƏRLƏR

Masallı şəhər İ.Əsgərli adına 3 saylı tam orta məktəbdə “Gələcəyimizi birlikdə düşünək-narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 oktyabr tarixində Lənkəran-Astara Regional Təhsil İdarəsinə istinadən verir.

Tədbirdə narkomaniya, alkoqol və digər psixoaktiv maddələrin mənfi təsiri, sağlam həyat tərzi ilə bağlı müzakirələr aparılıb.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb və fəal şagirdlərə uşaq hüquqlarına aid kitabçalar paylanıb.

Qeyd edək ki, tədbir Masallı rayonu üzrə təhsil sektorunun, Masallı rayon Gənclər və İdman İdarəsinin, Masallı rayon Polis Şöbəsinin, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin cənub aparatının və  Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Masallı rayonu üzrə nümayəndəliyinin təşkilatçılığı ilə baş tutub.

 

Astara boksçuları Bakıda qələbə qazanıblar
Sport

Astara boksçuları Bakıya səs salıblar

Astaralı boksçular yeniyetmələr arasında Azərbaycan birinciliyində yüksək nəticələr qazanıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 noyabr tarxində Astara rayon