SON XƏBƏRLƏR

Masallı şəhər İ.Əsgərli adına 3 saylı tam orta məktəbin akt zalında şagirdlərdə sağlam həyat tərzi ilə bağlı “Gələcəyimizi birlikdə düşünək – narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 26 oktyabr tarixində Masallı rayon Gənclər və İdman İdarəsinə istinadən verir.

Qeyd edək ki, tədbir Masallı rayon İcra Hakimiyyətinin, Masallı rayon Gənclər və İdman İdarəsinin, Lənkəran-Astara regional Təhsil İdarəsinin Masallı rayonu üzrə Təhsil Sektorunun, “Masallı Gənclər evi” SXM-nin, Masallı rayon Polis şöbəsinin, Masallı rayon Mərkəzi Xəstəxanasının Publik Hüquqi şəxsinin , Ombudsmanın Cənub Regional Mərkəzinin və DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə baş tutacaq.