SON XƏBƏRLƏR

Masallı rayon Heydər Əliyev Mərkəzində fiziki məhdudiyyətli şəxslər üçün maarifləndirici tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 aprel tarixində Masallı Regional Mədəniyyət İdarəsinə istinadən verir.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva bildirib ki, fiziki məhdudiyyətli insanların cəmiyyət həyatında iştirakının mental və mənəvi stimullaşdırılması ictimai öhdəliklərdəndir.

Tədbirdə iştirak edən “Müşviq” Əlil Uşaqlara Yardım İctimai Birliyinin cənub regionu üzrə nümayəndəsi Əfrail Fərziyev, Əlil Qadınlar Cəmiyyəti Masallı rayon şöbəsinin sədri Əminə Abıyeva fiziki məhdudiyyətli şəxslər və fiziki məhdudiyyətli uşaqların valideynləri üçün bərabər imkanların yaradılması mövzusu ətrafında müzakirələrə qoşularaq maraqlı təkliflər irəli sürüblər.

Tədbir çay süfrəsi ətrafında davam edib.

Әrkivan FK
Sport

“Ərkivan” FK “Ramana” FK ilə qarşılaşacaq

Masallı təmsilçisi olan “Ərkivan” FK “Ramana” FK ilə qarşılaşacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 iyun tarixində verir. Oyun Abşeron Olimpiya İdman Kompleksində 4 iyun saat 17:00-da baş tutacaq.