SON XƏBƏRLƏR

Masallıda Fikrət Əmirovun 100 illiyi qeyd olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 23 noyabr tarixində verir.

Masallı Onbirillik İncəsənət Məktəbində keçirilən tədbirdə Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, məktəbin şagird və müəllim kollektivi, həmçinin şəhid valideyni iştirak ediblər.

Məktəbin Nəzəriyyə şöbəsinin müdiri Vəfa Dövlətova tədbirdə çıxış edərək bəstəkarın həyat və yaradıcılığı haqqında məlumat verib. Sonra şagird və müəllimlərin iştirakı ilə bəstəkarın müxtəlif janrlı əsərləri ifa edilib.

Yekunda xatirə şəkli çəkilib.

Qeyd edək ki, məktəbin direktoru və bir qrup müəllimin iştirakı ilə 22 noyabr tarixində bəstəkarın məzarı ziyarət edilib, üzərinə əklil qoyulub.