Masallıda tövlədə yanğın hadisəsi qeydə alınıb. Bu haqda bu gün, 25 yanvar tarixində Cenublu.az FHN-ə istinadən xəbər verir.
Hadisə rayonun Şıxlar kəndində baş verib. Ümumi sahəsi 300 kv.m olan tövlənin dam örtüyünün və tavanının yanar konstruksiyaları 180 kv.m sahədə, damına yığılan 60 ton ot bağlamasının isə 22 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.