SON XƏBƏRLƏR

Masallıda kələm əkən fermerə 14 min manat ziyan dəyib. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 noyabr tarixində Qaynarinfo.az-a istinadən verir.

Fermer Anar Abbasovun sözlərinə görə, torpaq sahəsi ona məxsus olmasaydı, bu ziyanın məbləği 25 min ola bilərdi.

“Bütün əziyyətini özüm çəkirəm. Aqronomu da özüməm, aqrotexniki işlərin hamısını özüm edirəm. Əgər bunlara da pul versəm, güman ki, ziyanın məbləği çox olardı. Xəstəlik yoxdur, sadəcə kələmlərin vaxtı keçdi, alan olmadı”, – deyə fermer bildirib.

O əlavə edib: “Bazarda topdansatış qiyməti 25 qəpikdir. Sahədən isə 10-15 qəpiyə alırlar. Hər alverçinin əhatəsində öz adamları var. Onlar da öz sahələrini alırlar, bizim sahəyə yaxın gələn olmadı. Məcbur olub 10 qəpiyə verdik. Əkinçi kimi baxıb xəcalət çəkirəm, heç kimdən dəstək almıram”.