SON XƏBƏRLƏR

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Masallıda yerləşən ət satışı və heyvan kəsimi məntəqələrində monitorinq aparıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 yanvar tarixində verir.

Masallı şəhəri, H.Əliyev küçəsində yerləşən Mehtiyev Eldar Xəlil oğlu və Kərimov Bəhruz Səlim oğluna məxsus, həmçinin Ərkivan qəsəbəsində yerləşən və Tahirov Samiq Zahir oğluna məxsus ət satışı və heyvan kəsimi məntəqələrində nöqsanlar aşkarlandığından sahibləri barəsində İnzibati protokol tərtib edilib.