SON XƏBƏRLƏR

Masallı rayonu ərazisindəki evlərin birindən pul oğurlamaqda şübhəli bilinən Ə.Quliyev saxlanılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 noyabr tarixində Daxili İşlər Nazirliyinə istinadən verir.

Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış  tədbirləri nəticəsində 28 oktyabr rayon ərazisindəki evlərin birindən 3000 manat oğurlamaqda şübhəli bilinən ev sahibinin qohumu, şəhər sakini Ə.Quliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.