Masallı rayonunun Xırmandalı kəndində yanğın baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 yanvar tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən verir.
Ümumi sahəsi 120 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin (arakəsmə divarları taxta konstruksiyalardan ibarət) 1 otağının və dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.