SON XƏBƏRLƏR

Masallı rayonunda elektrik təsərrüfatının yenilənməsi işləri davam edir. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 noyabr tarixində Masallı RİH-yə istinadən verir.

Belə ki, hazırda işlər Məmmədxanlı kəndində davam edir. Energetiklər burada 37 ədəd 10 kilovoltluq, 10.804 dayaq basdırıblar, həmçinin iki yeni transformator qoyaraq kabelləşməyə başlayıblar.

Qeyd edək ki, rayonun başqa ərazilərində qışa hazırlıqla əlaqədar transformatorlar təmir edilir.