SON XƏBƏRLƏR

Masallının Paylayıcı Elektrik Şəbəkələrində itkilərin azaldılması məqsədilə keçirilən tenderin qalibi bəlli olub. Bu haqda bu gün, 14 dekabr tarixində Cenublu.az Fed.az-a istinadən xəbər verir.

Masallı rayonu Tatyanoba, Güllütəpə, Yeni Zuvand, Əmirtürbə, Meşəkənarı və Məmmədxanlı kəndləri ərazisində 10 kV-luq hava xəttinin, KTM-lərin və 0,4 kV-luq ÖİN xətlərinin yenidən qurulması işləri” tenderinin nəticələri açıqlanıb. “Azərişıq” ASC-nin elan etdiyi tenderin qalibi “Smart Energy Services” MMC olub. Şirkətlə 4 milyon 127 min 987.52 manat məbləğində müqavilə imzalanıb.