Dövlət Sərhəd Xidmətinin (DSX) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mirhüseyn Salmanlı Masallı rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 noyabr tarixində Report.az-a istinadən verir.
Belə ki, sərhədçi qızdırma səbəbi ilə xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin göstərdiyi bütün səylərə baxmayaraq, o vəfat edib.
Ölümün səbəbi araşdırılır.
Qeyd edək ki, əsgər ötən ayın 2-də hərbi xidmətə yollanıb, 18 noyabr tarixində andiçmə mərasimi olmalı idi. O, bu gün Cəlilabad rayonunda torpağa tapşırılacaq.