SON XƏBƏRLƏR

Masallıda dördüncü mərhələ çay yığımı başa çatıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 noyabr tarixində Masallı rayon İcra Hakimiyyətinə istinadən verir.

Belə ki, “Azərsun Holdinq” şirkətinin Kolatan kəndinin “Sığaçola” sahəsindəki çay plantasiyalarında 2 ton 924 kiloqram çay yarpağı yığılıb. Şirkətin nümayəndəsi Altay Abbasov bildirib ki, hazırda plantasiyalarda payız becərməsinə başlanılıb. Cərgə araları şumlanır, kolların dibi yumşaldılır.

Qeyd edək ki, gələcəkdə çay plantasiyalarının cərgə aralarına verilmək üçün gübrə də tədarük edilir.