SON XƏBƏRLƏR

İcra başçısı Araz Əhmədov Viləş kəndində 9 May – Qələbə Günü münasibətilə veteran Teymurov Cənnət Eyniş oğlunun evində olub. Bu haqda bu gün, 9 may tarixində Cenublu.az Masallı RİH-yə istinadən xəbər verir.

Belə ki, Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, aparatın şöbə müdirləri Qəşəm Hadıyev, Bəxtim Qarayev, Tohid Hüseynov, sektor müdiri Elvin Fəttayev, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Masallı rayon şöbəsinin rəis əvəzi Vüsal Şirinov, Rayon İcra Hakimiyyəti başçısının Viləş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Alim Ələmov və Öncəqala bələdiyyəsinin sədri Elmar Məmmədov Cənnət Teymurovu birlikdə ziyarət ediblər.

Ziyarət zamanı rayon rəhbəri Böyük Vətən müharibəsi veteranının qayğıları və səhhəti ilə maraqlanıb, onu narahat edən məsələlərlə bağlı söhbət edib və xatirələrini dinləyib.